
Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Prezidenti Qi Parmölənə başsağlığı verib.
Yeniavaz.com xəbər verir ki, başsağlığında deyilir:
“Hörmətli cənab Prezident.
Kran-Montanada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İsveçrə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm”.
Tətbiqimizi yükləyə bilərsiniz