“Santos” Neymarla müqaviləni uzatmağa hazırlaşır


Braziliyanın “Santos” klubunun rəhbərliyi 33 yaşlı hücumçu Neymarın müqaviləsinin müddətini uzatmağı və klubun digər yetirməsi, 29 yaşlı hücumçu Qabriel Barbosanı “Kruzeyro”dan geri qaytarmağı planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə səhifəsində məlumat yayıb.
Mənbənin məlumatına görə, “Santos” hər iki hücumçu ilə razılığa gəlməyə yaxındır və onların transferləri eyni gündə açıqlana bilər.
Qeyd edək ki, 33 yaşlı Neymar 2025-ci ilin yanvar ayında futbol karyerasına başladığı “Santos” klubuna qayıdıb. 2024/2025 mövsümündə o, bütün yarışlarda 28 oyun keçirib, 11 qol vurub və 4 məhsuldar ötürmə edib. Braziliyalının “Santos”la müqaviləsi 31 dekabrda başa çatıb.
Hazırda o, zədəlidir, lakin 2026-cı il Dünya Kubokunda iştirak etmək üçün vaxtında sağalmağı planlaşdırır.
Qabriel Barbosa isə 2025-ci ilin yanvar ayından bəri “Kruzeyro”da oynayır. 2024/2025 mövsümündə hücumçu bütün yarışlarda 49 oyunda iştirak edib, 13 qol vurub və 4 məhsuldar ötürmə edib.

DİGƏR XƏBƏRLƏR

Top