“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır


“Rusiya Könüllülər Korpusunun” (RKK) komandiri Denis Kapustin Rusiyanın pilotsuz uçuş aparatı (PUA) zərbəsi nəticəsində ölməyib, o sağdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Yanvarın 1-də kəşfiyyat agentliyinin saytında “Rusiya xüsusi xidmət orqanlarının uğursuzluğu” başlıqlı xəbər yayılıb. Agentliyin bəyanatında bildirilib ki, Rusiya xüsusi xidmət orqanları Kapustinin öldürülməsinə göstəriş verib və bu məqsədlə 500 min dollar ayırıb.
Kəşfiyyat bir ay davam edən əməliyyat keçirib, Kapustinin həyatını xilas etməyə müvəffəq olub, cinayəti sifariş edən və həyata keçirənləri müəyyən edib.
Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov Kapustini “həyata qayıtması münasibətilə” video zəng vasitəsilə təbrik edib:
“Bu, həmişə xoşdur. Sevinirəm ki, sizin qətlinizin sifarişinə görə alınan vəsait bizim mübarizəmizi dəstəkləməyə getdi. Hamımıza və şəxsən sizə uğurlar arzulayıram”, - Budanov deyib.
Xatırladaq ki, dekabrın 27-də Rusiya Müdafiə Nazirliyi bildirib ki, Nikitin və “White Rex” təxəllüsü ilə tanınan Denis Kapustin Zaporojye vilayətində Rusiyanın PUA zərbəsi nəticəsində öldürülüb.

DİGƏR XƏBƏRLƏR

Top