Enzo Mareska istefaya göndərildi


“Çelsi” əsas komandanın baş məşqçisi Enzo Mareska ilə yollarını ayırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Çelsi” Futbol Klubu və baş məşqçi Enzo Mareska yollarını ayırdı. Klubda işlədiyi müddətdə Enzo komandanı UEFA Konfrans Liqasında və FIFA Klublararası Dünya Çempionatında qələbələrə aparıb. Bu nailiyyətlər yaxın tariximizin əhəmiyyətli bir hissəsi olaraq qalacaq və biz ona Kluba verdiyi töhfəyə görə təşəkkür edirik. Komandanın qarşısında hələ də dörd yarışda (o cümlədən, Çempionlar Liqasında) əsas məqsədlərin qaldığına görə Enzo və Klub belə qərara gəldi ki, məşqçi dəyişikliyi komandaya mövsümü yoluna qaytarmaq üçün şans verəcək. Enzoya gələcəkdə uğurlar arzulayırıq”, - klubun açıqlamasında deyilir.
Qeyd edək ki, italyan məşqçi 2024-cü ilin yayından “mavi-qaralar” a rəhbərlik edir. O, əvvəllər “Parma” və “Lester”i idarə edib.

DİGƏR XƏBƏRLƏR

Top