
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveçrəyə Kran-Montanadakı faciəvi yanğınla bağlı başsağlığı verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesabında paylaşım edilib.
“Kran-Montanadakı faciəvi yanğın xəbəri bizi dərindən kədərləndirdi, bu hadisə bir çox insanın həyatına son qoydu və xəsarətlərə səbəb oldu.
Qurbanların ailələrinə və İsveçrə xalqına səmimi başsağlığı verir, dərin hüznümüzü bildiririk.
Sevdiklərini itirənlərin yanında olduğumuzu bildirir, yaralananlara isə tezliklə sağalmağı arzulayırıq”, - məlumatda deyilir.
Xatırladaq ki, xizək kurortu şəhərciyi olan Kran-Montanada “Le Constellation” adlı barda partlayış baş verib. Yanğın nəticəsində təxminən 40 nəfər həlak olub, daha 100 nəfər isə xəsarət alıb.
Tətbiqimizi yükləyə bilərsiniz