Dünyanın ən bahalı yarımmüdafiəçisi açıqlandı


Nüfuzlu “Transfermarkt” onlayn portalı dünyanın ən bahalı yarımmüdafiəçilərinin reytinqini tərtib edib.
Yeniavaz.com
xəbər verir ki, ən bahalı yarımmüdafiəçi “Real Madrid” və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqhem olub. “Los Blancos”un 22 yaşlı futbolçusu 160 milyon avro dəyərində qiymətləndirilir.
Reytinqdə ikinci yeri “Barselona”nın 23 yaşlı ispaniyalı Pedri (140 milyon avro) tutub. Ən bahalı yarımmüdafiəçilərin üçlüyünü “Bavariya”dan 22 yaşlı Camal Musiala (130 milyon avro) tamamlayıb.
Reytinqdə ondan sonra 120 milyon avroluq transfer qiyməti olan üç futbolçu qərarlaşıb: Koul Palmer (“Çelsi”), Deklan Rays (“Arsenal”) və Federiko Valverde (“Real Madrid”).

DİGƏR XƏBƏRLƏR

Top