İstanbulda Fələstinə dəstək üçün çoxminlik yürüş keçirilir


İstanbulun və Türkiyənin digər şəhərlərinin on minlərlə sakini Yeni il günü Fələstinlə həmrəylik yürüşü edib.
Yeniavaz.com
xəbər verir ki, tədbir 400-ə yaxın ictimai təşkilatın daxil olduğu “Milli İradə Platforması” tərəfindən təşkil olunub.
Qalata körpüsünə yürüş səhər namazından sonra Sultanəhməd meydanından və İstanbulun mərkəzindəki Taksim məscidindən başlayıb. İştirakçılar İsrail əleyhinə şüarlar səsləndiriblər.
“Biz təslim olmayacağıq, susmayacağıq, Fələstini unutmayacağıq və unudulmasına da imkan verməyəcəyik. Yanvarın 1-də Fələstin xalqı ilə həmrəy olduğumuzu nümayiş etdirmək üçün yürüş edirik”, - tədbirin təşkilatçılarından biri, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan deyib.
Yürüşü əhatə edən ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb. İstanbul hakimiyyəti bu gün səhər saatlarından etibarən ictimai nəqliyyat xidmətlərində dəyişiklik edib. Aksiya zamanı təhlükəsizliyi minlərlə polis təmin edir.

DİGƏR XƏBƏRLƏR

Top