Amsterdamda 150 illik kilsə yandı


Amsterdamın mərkəzindəki 150 illik Vondelkerk kilsəsində güclü yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “NH Nieuws” məlumat yayıb.
Bildirilib ki, yanğın memarlıq abidəsini təmamilə sıradan çıxarıb.
Nəşrin məlumatına görə, yanğın gecə saat 01:00 radələrində baş verib və qısa müddətdə bütün kilsəni bürüyüb. Yanğının səbəbi hələ müəyyən edilməyib. Binanın uçmaq təhlükəsi var.
Hadisə yerinə gələn təcili xidmətlər kilsənin ətrafındakı bütün küçələri mühasirəyə alıb. Yanğının qonşu evlərə keçməsi təhlükəsi səbəbindən onlarla sakin təxliyə edilib.
Qeyd edək ki, Vondelkerk 1872-1880-ci illərdə memar Pyer Keyoersin layihələrinə uyğun olaraq tikilmiş neo-qotik kilsədir. Son illərdə kilsə müntəzəm xidmətlər üçün istifadə edilmir, lakin sərgilər, konsertlər və ictimai tədbirlərə ev sahibliyi edən bir mədəniyyət məkanı kimi xidmət edib.

DİGƏR XƏBƏRLƏR

Top