Azərbaycanda 2026-cı ilin ilk körpəsi dünyaya gəldi


TƏBİB-in nəzdindəki tibb müəssisəsində 2026-cı ilin ilk körpəsi dünyaya gəlib.
Yeniavaz.com
xəbər verir ki, 01.01.2026-cı il tarixində saat 00:40 radələrində Şamaxı Rayon Mərkəzi Xəstəxanasında doğulan körpənin cinsi qız, çəkisi 3 kq. 200 qramdır.
Doğuş təbii yolla baş tutub. Hazırda ananın və yenidoğulmuşun vəziyyəti stabildir.
Qeyd edək ki, körpə 2001-ci il təvəllüdlü ananın üçüncü övladıdır.
Həmçinin qeyd edək ki, dekabrın 31-dən yanvar ayının 1-nə keçən gecə saat 00:01-də Naxçıvan şəhər sakini Gülməmmədovlar ailəsində oğlan uşağı dünyaya göz açıb. Qeysər kəsiyi əməliyyatı yolu ilə dünyaya gələn və çəkisi 2,6 kq olan uşaq tam sağlamdır.

DİGƏR XƏBƏRLƏR

Top