
Dünyada 2026-cı ili ilk qarşılayan ölkə Yeni Zelandiya olub.
Yeniavaz.com xəbər verir ki, ölkənin ən böyük şəhərlərindən biri olan Auckland yeni il gecəsində dünyanın diqqət mərkəzinə çevrilib. Minlərlə insanın toplaşdığı şəhərdə məşhur “Sky Tower” üzərindən səmanı işıqlandıran fişək şousu həyata keçirilib.
Gecə yarısı saatlar 00:00-ı göstərən kimi Auckland səması qırmızı, mavi, yaşıl və qızılı rənglərlə parlayıb.
Qeyd edək ki, Yeni Zelandiya coğrafi mövqeyinə görə dünyada yeni ili təqvim üzrə ilk qarşılayan ölkələrdən biridir.
Tətbiqimizi yükləyə bilərsiniz