
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları qara bazarda təxminən 20 milyon dollar dəyərində olan 157 kiloqram heroini müsadirə ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinq zamanı məlumat verib.
Nazirlik rəsmisinin sözlərinə görə, dekabrın 30-da keçirilən xüsusi əməliyyat zamanı İran vətəndaşı saxlanılıb. O, yük maşını ilə qonşu ölkə üzərindən Gürcüstana heroin qaçaqmalçılığı etməkdə şübhəli bilinir. Bildirilir ki, narkotik vasitələr mərmər lövhələr arasına gizlədilmiş şəkildə daşınıb.
Aleksandr Daraxvelidze əlavə edib ki, cinayətdə əlaqəsi ola biləcək digər şəxslərin müəyyən edilməsi istiqamətində istintaq davam etdirilir. Faktla bağlı Cinayət Məcəlləsinin ömürlük həbs cəzası nəzərdə tutan maddələri üzrə araşdırma aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz