
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin elan etdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Azərenerji” tərəfindən 220/110 kV-luq “Novxanı” yarımstansiyasının tikintisi ilə əlaqədar keçirilən tender müsabiqəsinin qalibi “Electro İndustries” QSC (VÖEN – 1401861671) olub.
“Azərenerji” tenderin qalibi olan “Electro İndustries” QSC -yə 49 milyon 302 min 552 manat 7 qəpik ödəycək. “Electro İndustries” QSC ötən il “Azərenerji”nin keçirdiyi 41 milyon, bu il isə 86,2 milyon manatlıq tender müsabiqələrinin qalibi olub.
Məlumat üçün bildirək ki, “Electro İndustries” QSC 21 oktyabr 2010-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 min manat olan QSC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Heydər Əliyev prospekti, ev 187B-də yerləşir. “Electro İndustries” QSC-nin sahibi Əliyev Ziyad Taqif oğlu, qanuni təmsilçisi isə Qurbanov Emin Telman oğludur.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz