
“Transfermarkt” futbol portalı dünyanın ən dəyərli müdafiəçilərinin siyahısını yeniləyib.
Yeniavaz.com xəbər verir ki, reytinqə İngiltərənin “Arsenal” klubunun və Fransa millisinin 24 yaşlı futbolçusu Vilyam Saliba başçılıq edir. Müdafiəçinin bazar dəyəri hazırda 90 milyon avro olaraq qiymətləndirilir.
Siyahının ikinci pilləsində “Barselona”nın 18 yaşlı istedadı və İspaniya yığmasının üzvü Pau Kubarsi qərarlaşıb. Onun dəyəri 80 milyon avrodur.
Ən bahalı üçlüyü İtaliya vitse-çempionu “İnter”in 26 yaşlı müdafiəçisi Alessandro Bastoni tamamlayır. Onun bazar dəyəri də 80 milyon avro təşkil edir.
“Transfermarkt” reytinqi futbolçuların yaşı, oyun keyfiyyətləri, klubdakı mövqeyi və bazar tendensiyalarını nəzərə alaraq tərtib olunur.
Tətbiqimizi yükləyə bilərsiniz