Ananas, avokado və qreypfrut – Hansı ölkələrdən və neçəyə gətirilir?


Bu ilin ilk 10 ayı ərzində Azərbaycana xarici ölkələrdən 1 979,3 ton ananas, 744,9 ton avokado və 904,6 ton qreypfrut idxal olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan ananasın 1 kiloqramının orta gömrük dəyəri 2,3 manat, avokadonun 5,2 manat, qreypfrutun 1 kiloqramının orta gömrük dəyəri isə 1,7 manat olub.
Məlumat üçün bildirək ki, Azərbaycana ananas əsasən Kosta-Rikadan (87%-i), avokado Peru (40%-i), Türkiyə (17,7%-i) və Cənubi Afrika Respublikasından (12,2%-i), qreypfrut isə əsasən Türkiyə (51,5%-i) və Cənubi Afrika Respublikasından (45,2%-i) idxal edilib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top