Odessaya kütləvi dron hücumu – Yaralananlar var


Rusiya Silahl Qüvvələri dronlardan istifadə edərək, Ukraynanın Odessa şəhərinə daha bir kütləvi hücum həyata keçirib.
Yeniavaz.com
Ukrayna KİV-ə istinadla xəbər verir ki, bu barədə Odessa şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak “Telegram” kanalında məlumat verib.
Məlumata görə, hücum gecə yarısından sonra başlayıb və şəhər ərazisində hava hücumu xəbərdarlığı verilib.
Onun sözlərinə görə, 31 dekabr səhər saatlarında 3-ü uşaq olmaqla 6 nəfər yaralanıb.
Lısak yaralananların hamısının iki ailənin üzvləri olduğunu bildirib. Onlardan 3-ü  yaşları 7 aylıqdan 14 yaşa qədər olan uşaqlardır.
Lısakın sözlərinə görə, uşaqların vəziyyəti ortadır. 42 yaşlı bir kişinin vəziyyəti isə ağır qiymətləndirilir.
Hücum nəticəsində Odessanın iki rayonundakı çoxmənzilli binalara ziyan dəyib. Birində yanğın baş verib. Şəhərin bəzi yerlərində elektrik və su təchizatı kəsilib.
Rusiyanın pilotsuz təyyarələrinin hücumları həmçinin, enerji və logistika infrastrukturlarına da ziyan vurub.

DİGƏR XƏBƏRLƏR

Top