Türk Hava Yolları 60-dan çox reysi ləğv etdi


Türk Hava Yolları Türkiyənin bir neçə şəhərində qar yağması ilə əlaqədar 60-dan çox reysi ləğv etmək qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türk Hava Yollarının mətbuat katibi Yəhya Üstün sosial şəbəkə hesabında məlumat verib.
O, Türkiyənin şərqində və mərkəzində müşahidə edilən hava şəraiti ilə əlaqədar 31 dekabr tarixinə planlaşdırılan 61 reysin ləğv edildiyini bildirib.
Ancaq beynəlxalq uçuşlarda heç bir problem qeydə alınmayıb.
Qeyd edək ki, Türkiyənin Meteorologiya Baş İdarəsi güclü qarla əlaqədar çərşənbə günü ölkənin böyük bir hissəsi üçün sarı xəbərdarlıq elan edib.

DİGƏR XƏBƏRLƏR

Top