Liqa 1-in simvolik komandası açıqlandı


Məşhur “Sofascore” statistika portalı Fransa Liqa 1-də 2025-ci il üçün simvolik heyəti açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, ilin simvolik komandasına çempionatda mövqelərində ən yüksək reytinqə malik 11 oyunçu daxil olub.
Portal simvolik komanda üçün 4-3-3 sxemini seçib.
Heyəti təqdim edirik:
Qapıçı: Corce Petroviç (“Strasburq”);
Müdafiəçilər: Adrien Truffer (“Renn”), Lukas Beraldo (PSJ), Alesandro (“Lill”) və Aron Dönnum (“Tuluza”);
Yarımmüdafiəçilər: Andrey Santos (“Strasburq”), Vitinya (PSJ) və Adrien Rabyu (“Marsel”);
Hücumçular: Xviça Kvaratsxeliya (PSJ), Amin Quiri (“Marsel”) və Meyson Qrinvud (“Marsel”).
Qeyd edək ki, Fransa liqasında 16 oyundan 37 xalla “Lens” turnir cədvəlinə başçılıq edir. PSJ 36 xalla ikinci, “Marsel” isə 32 xalla üçüncü yerdədir.
 

DİGƏR XƏBƏRLƏR

Top