İraq və Əfqanıstan terror indeksinin liderləridir

2015-ci ildə dünyada terror aktları qurbanlarının sayı 10 faiz azalaraq 29,4 min nəfərə çatıb. “Yeniavaz.az”ın xarici mətbuta istinadən verdiyi məlumata görə, bu barədə İqtisadiyyat və Sülh İnstitututu tərəfindən hazırlanmış 2016-Qlobal terror indeksi reytinqində deyilir. Reytinqə əsasən, eyni dövrdə inkişaf etmiş ölkələrdə isə terror aktları qurbanlarının sayı 650 faiz artaraq 731 nəfərə çatıb. Terrordan ən çox əziyyət çəkən ölkələr İraq (6960 ölü), Əfqanıstan (5312), Nigeriya (4940), Suriya (2761) və Pakistandır (1086). 2014-cü illə müqayisədə ötən terrorun iqtisadi təsirləri də 15 faiz azalaraq 89,6 milyard dollar səviyyəsinə düşüb. Araşdırmada 163 ölkədəki vəziyyət öyrənilib ki, bununla da dünya əhalisinin 99,7 faizi əhatə olunub. 2015-ci ildə ən “ölümcül” terror təşkilatı İŞİD olub. İŞİD 2014-cü ildə ölüm sayına görə liderlik etmiş “Boko Horom” qruplaşmasını ötüb. İŞİD 250-dən çox şəhərdə törədilmiş terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb. Həmin terror aktlarında 6141 nəfər həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top