Ersoy narkotikdən istifadə etdiyini etiraf etdi

mehmet akif ersoy saxlanıldı
İstanbul Respublika Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində həbs edilən “Habertürk”ün baş redaktoru Mehmet Akif Ersoy narkotik istifadə etdiyini etiraf edib​​​​​​​.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, Ersoy həbsindən iki həftə sonra bu gün İstanbul Ədliyyəsinə gətirilib.
Təxminən 3 saat davam edən istintaq prokuroruna verdiyi ifadəsində Mehmet Akif Ersoy narkotik istifadə etdiyini etiraf edib və evdə keçirilən şənliklərdə yaşananları danışıb.
Narkotikdən istifadə etdiyi məhkəmə-tibbi ekspertiza rəyindən məlum olan Ersoy istintaqa məlum olmayan yeni məlumat vermədiyi üçün yenidən həbs edilərək həbsxanaya göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top