MDB Dövlət Başçıları Şurasının iclası harda və nə zaman keçiriləcək?


MDB Dövlət Başçıları Şurasının iclası 2026-cı il oktyabrın 9-da Xəzər dənizi sahilində yerləşən Türkmənbaşı şəhərində keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkmənistan televiziyasının “Vətən” milli proqramında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə telefon danışığı zamanı bildirib.
Bildirilib ki, Berdiməhəmmədov qeyd edib ki, sammit böyük beynəlxalq forumların keçirilməsi üçün bütün lazımi şəraitin yaradıldığı Avaza Milli Turizm Zonasında (Türkmənbaşıda yerləşir) keçiriləcək.
Xalq Şurasının rəhbəri, həmçinin Türkmənistanın Birliyə sədrliyi çərçivəsində xüsusilə MDB üzvü olan ölkələrin Parlamentlərarası Assambleyasına və demoqrafik problemlərlə bağlı konfransa hazırlığın vacibliyini vurğulayıb.
MDB dövlət başçılarının əvvəlki sammiti oktyabrın 10-da Düşənbədə baş tutub. Tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan, Özbəkistan prezidentləri, həmçinin Ermənistanın Baş naziri iştirak edib. Şuranın iclasına 2025-ci ildə MDB-yə sədrlik edən Tacikistanın rəhbəri sədrlik edib.Daha sonra şura qərara alıb ki, Türkmənistan 2026-cı il yanvarın 1-dən təşkilata sədrlik edəcək.

DİGƏR XƏBƏRLƏR

Top