Kadırov oğluna yeni medal təqdim etdi


Çeçenistan lideri Ramzan Kadırov 18 yaşlı oğlu, regional Təhlükəsizlik Şurasının katibi Adam Kadırovu “Çeçenistan Respublikasının birinci prezidenti Axmat-Hadji Kadırovun xatirəsi” medalı ilə təltif edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Adam Delimxanov teleqram kanalında məlumat yayıb.
Bildirilib ki, Adam medalı “vətənin təhlükəsizliyinin, sabitliyinin və rifahının təmin edilməsinə verdiyi mühüm töhfəyə görə” alıb.
Qeyd edək ki, Adam Kadırov tez-tez fəxri mükafatlar alır. Sentyabrda Kadırov bəyan edib ki, oğlu hər bir mükafatı layiq olduğuna görə alıb. 

DİGƏR XƏBƏRLƏR

Top