
ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında türk hərbçilərinin yerləşdirilməsinə etiraz etməyəcəyini bəyan edib.
Yeniavaz.com xəbər verir ki, o, bu mövqeyini Florida ştatının Uest Palm Biç yaxınlığındakı Mar-a-Laqo malikanəsində İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıqların əvvəlində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Çox şey Bibidən (Benyamin Netanyahu - red.) asılı olacaq. Biz bunu müzakirə edəcəyik. Əgər hər şey qaydasındadırsa (İsrail rəhbərliyinin nöqteyi-nəzərindən), o zaman düşünürəm ki, bu, yaxşı olardı”, - Tramp bildirib.
Dekabrın 11-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib ki, Ankara Fələstin probleminin həlli üçün məsuliyyəti öz üzərinə götürə bilər və lazım gələrsə, Qəzza zolağına qoşun göndərməyə hazırdır.
Tətbiqimizi yükləyə bilərsiniz