
Dekabrın 30-da saat 11:00 radələrindən etibarən zəhərlənmə şübhəsilə 14 nəfər (3 kişi, 11 qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə APA-nın soğusuna cavab olaraq Ucar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
“Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb”, - məlumatda deyilir.
Qida zəhərlənməsi ilə bağlı prokurorluğa məlumat daxil olub. Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Tətbiqimizi yükləyə bilərsiniz