La Liqanın simvolik heyəti açıqlandı


Məşhur “Sofascore” statistika portalı İspaniya La Liqasında 2025-ci il üçün simvolik heyəti açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, ilin simvolik komandasına çempionatda mövqelərində ən yüksək reytinqə malik 11 oyunçu daxildir.
Portal simvolik komanda üçün 3-4-3 sxemini seçib.
Heyəti təqdim edirik:
Qapıçı: Joan Qarsiya (“Espanyol” və “Barselona”);
Müdafiəçilər: Markos Alonso (“Selta Viqo”), Xuan Foyt (“Vilyarreal”) və Santyaqo Mourinyo (“Alaves” və “Vilyarreal”);
Yarımmüdafiəçilər: Aleks Baena (“Vilyarreal” və “Atletiko Madrid”), Cud Bellinqem (“Real Madrid”), Pedri (“Barselona”) və Entoni (“Betis”);
Hücumçular: Rafinya (“Barselona”), Kilian Mbappe (“Real Madrid”) və Lamin Yamal (“Barselona”).
Qeyd edək ki, İspaniya çempionatının turnir cədvəlinə 18 oyundan 46 xalla “Barselona” başçılıq edir. “Real Madrid” 42 xalla ikinci, “Atletiko Madrid” isə 37 xalla üçüncü yerdədir.

DİGƏR XƏBƏRLƏR

Top