
İran Kanada Kral Donanmasını (Canadian Royal Navy) terror təşkilatı olaraq tanıyıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Newsweek” qəzeti məlumat yayıb.
Məlumata görə, bu qərar Ottavanın 2024-cü il iyunun 19-da İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan etmək qərarına cavab olaraq verilib.
Nəşrin aydınlaşdırdığı kimi, Tehranın belə bir qərarı iki ölkə arasında gərginliyin daha da artmasına və diplomatik nəticələrlə bağlı yeni problemlərin meydana çıxmasına səbəb olub.
Tətbiqimizi yükləyə bilərsiniz