
Bolqarıstan yanvarın 1-də avroya keçəcək və bununla da, avrozonada rəsmi üzvlük meyarlarına cavab verən 21-ci ölkə olacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, beləliklə, avrodan istifadə edən avropalıların sayı 350 milyon nəfəri keçəcək.
Qeyd edək ki, avroya keçən sonuncu ölkə 2023-cü ilin yanvar ayında Xorvatiya olub.
Tətbiqimizi yükləyə bilərsiniz