Netanyahu Trampa “İsrail mükafatı” verəcək


ABŞ Prezidenti Donald Trampa İsrailin ən nüfuzlu mükafatı olan və indiyə qədər yalnız israillilərə təqdim edilən “İsrail mükafatı” veriləcək.
Yeniavaz.com
xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Florida ştatının Vest Palm Biç şəhəri yaxınlığındakı Mar-a-Laqo malikanəsində Amerika lideri ilə görüşdən sonra elan edib.
“Prezident Tramp bir çox konvensiyanı pozdu və bu, bir çox insanın təəccübünə səbəb oldu və sonradan onun haqlı olduğunu etiraf etdilər. Buna görə, biz də konvensiyanı pozmaq və ya yenisini yaratmaq qərarına gəldik: təxminən 80 ildir ki, heç vaxt qeyri-israilli birinə vermədiyimiz “İsrail Mükafatı”nı vermək. Biz bu il onu Prezident Trampa vermək niyyətindəyik”, - deyə o bildirib.
Netanyahunun sözlərinə görə, Amerika lideri bu mükafata İsrailə və yəhudi xalqına verdiyi böyük töhfəyə görə layiq görülüb.
Netanyahu Trampı ənənəvi olaraq İsrailin Müstəqillik Günü ilə üst-üstə düşən mükafatlandırma mərasimi üçün İsrailə səfər etməyə dəvət edib.
Qeyd edək ki, mükafatlandırma mərasimi 2026-cı il 21-22 aprel tarixlərində keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top