
Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən bildirir ki, tender müsabiqəsinin qalibi fərdi sahibkar Həsənova Qaze Həsən qızı (VÖEN- 1600110362) olub.
DSMF Həsənova Qaze Həsən qızından DSMF-nin Regionlarla İş üzrə Mərkəzi Filialı üçün inzibati bina sahəsini icarəyə götürəcək. İcarəyə götürüləcək ofisin ümumi sahəsi 1000 kv. metr olacaq və bunun üçün Qaze Həsənovaya bir illik icarə haqqı olaraq 185 min 400 manat ödəyəcək. Rəqəmlərdən də göründüyü kimi, DSMF icarəyə götürdüyü ofis sahəsinə hər ay 15 min 450 manat ödəyəcək.
Qeyd edək ki, DSMF daha əvvəl də Qaze Həsənova ilə 8 milyon manat dəyəeində çoxsayı icarə müaviləsi bağlayıb.
Onu da bildirək ki, Qaze Həsənova paytaxt Bakıda və bölgələrdə çoxsaylı daşınmaz əmlaka sahibdir.
FHN Qaze Həsənovanın daha bir obyektinin istismarına icazə verdi
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz