
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya BƏƏ-dən Yəmənin Əl-Mukalla limanına gedən iki gəmiyə hava hücumu təşkil edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA xəbər agentliyi koalisiyanın xüsusi nümayəndəsi Turki əl-Malikiyə istinadla məlumat verib.
“Hadramaut əyalətindəki Əl-Mukalla limanına məhdud hava hücumu həyata keçirdik və BƏƏ-dən gələn iki gəmidən boşaldılmış silah və hərbi texnika yükünə zərbə endirdik”, - Turki əl-Maliki bildirib.
Digər tərəfdən, hücum nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə hələlik məlumat verilməyib. Səudiyyə ordusu zərbənin gecə saatlarında endirildiyini və mülki obyektlərə zərər dəyməməsi üçün tədbirlər görüldüyünü açıqlayıb.
Qeyd edək ki, bundan əvvəl Birləşmiş Koalisiya Yəmənin Hadramaut şəhərində Əl-Mukkəllə limanının Cənub Keçid Şurası (STC) qüvvələri tərəfindən ələ keçirilməsindən sonra hərbi əməliyyatın başladığını elan etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz