“Rusiya Kiyevdə hökumət binalarına zərbələr endirməyə hazırlaşır” − Zelenski


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Vladimir Putinin Valdaydakı iqamətgahına Ukrayna pilotsuz təyyarəsinin hücumu ilə bağlı açıqlamasını növbəti yalan adlandırıb.
Yeniavaz.com
xəbər verir ki, Ukrayna prezidentinin sözlərinə görə, Rusiya bununla da Kiyevdə Ukrayna hökumət binalarına zərbə endirmək üçün zəmin hazırlayır.
“Bu, Rusiya Federasiyasının növbəti yalanıdır. Aydındır ki, dünən Trampla görüşümüz olub və aydındır ki, ruslar üçün Amerika ilə mübahisəmiz olmayanda və biz irəliləyiş əldə edəndə, bu, onlar üçün uğursuzluqdur. Çünki onlar bu müharibəni bitirmək istəmirlər; yalnız təzyiq etməklə bunu bitirə bilərlər. Buna görə də, əminəm ki, bunu üçün səbəb axtarırlar”, - Zelenski deyib. 

DİGƏR XƏBƏRLƏR

Top