
Çinin Xalq Azadlıq Ordusunun Şərq Zonası Döyüş Komandanlığı dekabrın 30-da Tayvan yaxınlığındakı beş dəniz ərazisində və hava məkanında döyüş atışları da daxil olmaqla genişmiqyaslı hərbi təlimlər keçirəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
Məlumata görə, manevrlər yerli vaxtla səhər saat 8:00-dan axşam saat 6:00-dək keçiriləcək.
Komandanlıq həmçinin, Tayvan boğazı, Şərqi Çin dənizi, Cənubi Çin dənizi və Filippin dənizində yerləşən beş təlim zonasının dəqiq koordinatlarını dərc edib.
Tətbiqimizi yükləyə bilərsiniz