Misir Mərdanov və Əli Abbasov tutduqları vəzifələrdən azad olunublar


Sabiq təhsil naziri Misir Mərdanov və keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tutduqları vəzifələrdən azad olunublar.
Yeniavaz.com
“Editor.az”a istinadən xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən Milli Elmlər Akademiyasının tabeliyində fəaliyyət göstərən Riyaziyyat və Mexanika İnstitutu ilə İdarəetmə Sistemləri İnstitutu ləğv edilib. Hər iki elmi müəssisənin bazasında Riyaziyyat İnstitutu yaradılıb.
Məlumata görə, yeni təsis olunan institutun direktor əvəzi vəzifəsinə texnika elmləri doktoru Elxan Səbziyev təyin edilib. Bununla da, ləğv edilən Riyaziyyat və Mexanika İnstitutunun direktoru olan professor Misir Mərdanov vəzifəsini itirmiş olub.
Eyni qərar nəticəsində İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsində çalışan, sabiq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da vəzifəsindən uzaqlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top