
İsrailin Baş naziri Benyamin Netanyahu yağışlı hava şəraitinin müşahidə olunduğu Ben Qurion beynəlxalq hava limanından ABŞ-nin Florida ştatına yola düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti məlumat yayıb.
Məlumata əsasən, Netanyahunun ABŞ Prezidenti Donald Trampla Palm-Biçdə yerləşən Mar-a-Laqo malikanəsində görüşü planlaşdırılır.
Görüş zamanı Qəzza zolağının gələcək taleyi, eləcə də “Hizbullah” və İran tərəfindən İsrailə yönələn təhlükələr əsas müzakirə mövzuları olacaq.
Qeyd olunur ki, İsrailin Baş naziri jurnalistlərlə birlikdə uçmayıb və təyyarəyə minməzdən əvvəl mətbuata hər hansı açıqlama verməyib.
Netanyahunun ABŞ-yə səfərinin cümə axşamına qədər davam edəcəyi bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz