
Məşhur fransız aktrisası Bricit Bardo 91 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) Bricit Bardo Fonduna istinadən məlumat yayıb.
“Bricit Bardo Fondunun təsisçisi və prezidenti, dünyaca məşhur aktrisa və müğənni, nüfuzlu karyerasından imtina edərək həyatını və enerjisini heyvanların rifahına həsr etmək qərarına gələn Madam Bricit Bardonun vəfatını böyük kədərlə elan edirik”, - AFP Fondun bəyanatından sitat gətirib.
Fond aktrisanın ölüm tarixini və yerini açıqlamayıb.
Tətbiqimizi yükləyə bilərsiniz