Faktiki hava açıqlandı


Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir.
“Küləyin maksimal sürəti Şahdağ və Goranboyda 19, Naftalanda 18, Bakıda və Abşeron yarımadasında 17, Mingəçevir və Yardımlıda 16 m/s-dək olub.
Yağan qarın hündürlüyü Gədəbəydə 21, Əlibəydə (Zaqatala) 14, Daşkəsəndə 11, Kəlbəcərdə 8, Qrızda 7, Şahdağda 6, Göygöl, Sarıbaş (Qax) və Şərurda 5, Xaltan və Xınalıqda 4, Qusar və Qubada 3, Şabranda 2, Sədərək, Xaçmaz, Şahbuz, Şəki (Kişçay), Laçın və Qubadlıda 1 sm -dir.
Düşən yağıntının miqdarı Balakən və Zaqatalada 2, Bərdə, Tovuz, Şəmkir, Cocuqmərcanlı (Cəbrayıl) və Naxçıvanda 1 mm-dir.
Balakən, Şərur, Daşkəsən, Göygöl, Şəmkir, Sarıbaş (Qax), Quba, Qusar, Qrız, Göyçay, Kürdəmir, Cəfərxan, Hacıqabul, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6 dərəcəyədək isti, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 1, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top