MEDİA Səməd Seyidovun adından paylaşılan video ilə bağlı açıqlama yaydı


Bəzi sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun adından “deep fake” texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən açıqlama yayılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.
Bildirilib ki, süni intellektin köməyi ilə hazırlanan saxta videogörüntü ictimai rəyi çaşdırmağa yönələn kobud manipulyasiya nümunəsidir:
“Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq”.
Vurğulanıb ki, Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deep fake” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.

DİGƏR XƏBƏRLƏR

Top