Toy karvanında ağır qəza oldu − Ölənlər var


Biləsuvarda toy karvanında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və xəsarət alanlar var.
Bildirilib ki, hadisə Biləsuvar–Bəhramtəpə avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verib.
Toy karvanında hərəkətdə olan “Lexsus” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarından Mil-Muğan su kanalına aşıb.
İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb. Avtomobildə 6 qadın olub.
Digər 4 nəfər kanaldan çıxarılaraq Biləsuvar rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Onlar yaxın qohumlarının toy mərasiminə gedirmişlər.
Hazırda hadisə yerində müvafiq qurumların əməkdaşları araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top