
Böyük Britaniya kralı III Çarlz və Britaniya taxtının varisi Uels şahzadəsi Uilyamın 2026-cı ildə ABŞ-yə ayrı-ayrılıqda səfərləri gözlənilir.
Yeniavaz.com xəbər verir ki, “The Times” qəzetinin məlumatına görə, bu səfərlər ABŞ Prezidenti Donald Trampı Birləşmiş Krallığın tərəfinə çəkmək üçün kral ailəsinin təsirindən istifadə etmək məqsədi daşıyır.
Məqalədə qeyd olunur ki, Əlahəzrətin səfəri ilə bağlı müzakirələr qabaqcıl mərhələdədir və səfərin özü apreldə baş tuta bilər. Bu, təxminən iki onillikdə Britaniya monarxının ABŞ-yə ilk səfəri olacaq. ABŞ-yə sonuncu səfərini indiki dövlət başçısının anası Kraliça II Yelizaveta (1926-2022) prezident Corc Buşun dəvəti ilə 2007-ci ildə edib.
Daha sonra 2026-cı ildə III Çarlzın böyük oğlunun da ABŞ-yə getməsi planlaşdırılır. Şahzadə Uilyamın 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatına qatılması planlaşdırılır. Amerika Birləşmiş Ştatları Meksika və Kanada ilə birgə turnirə iyunun 11-dən iyulun 19-dək ev sahibliyi edəcək. Nəşr bildirib ki, bu səfərin ölkənin 4 iyul 2026-cı ildə qeyd edəcəyi ABŞ-nin müstəqilliyinin 250-ci ildönümü ilə üst-üstə düşə biləcəyini ehtimal edir.
Qəzet yazır ki, hər iki səfər London və Vaşinqton arasında ticarət sazişi üzrə müzakirələrin davam etdirilməsi üçün platforma rolunu oynayır.
Tətbiqimizi yükləyə bilərsiniz