Rusiyadan Kiyevə növbəti hücum – Ölənlər var


Rusiya ordusu Kiyev şəhərinə növbəti hücum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Unian” məlumat yayıb.
Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, Rusiya ordusunun Kiyevə hücumu nəticəsində bir nəfər ölüb, 28 nəfər yaralanıb.
Merin bildirdiyinə görə, yaralılar arasında iki uşaq var. Yaralılardan 13-ü xəstəxanaya yerləşdirilib.
Hücum nəticəsində çoxmərtəbəli binalara ziyan dəyib.
Daxili İşlər naziri İqor Klimenko jurnalistlərə çoxmərtəbəli binanın dağıntıları altından bir nəfərin cəsədinin tapıldığını bildirib.
Həmçinin, Şevçenkivski rayonunda beşmərtəbəli binaya PUA düşməsi nəticəsində 4-cü və 5-ci mərtəbələr dağılıb.
Paytaxtda istilik və elektrik kəsintiləri də qeydə alınıb.
Hadisə yerinə xialsedici dəstələri və tibb işçiləri cəlb edilib.


DİGƏR XƏBƏRLƏR

Top