Somalilendi tanıyan ilk ölkə oldu


İsrailin Baş naziri Binyamin Netanyahu İsrailin Somalilendi müstəqil və suveren dövlət kimi tanıdığını elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.
Məlumata görə, tərəflər məsələ ilə bağlı birgə bəyannamə imzalayıblar.
Netanyahunun ofisi əlavə edib ki, İsrail kənd təsərrüfatı, səhiyyə, texnologiya və iqtisadiyyat sahələrində geniş əməkdaşlıq yolu ilə Somalilendlə münasibətləri dərhal gücləndirməyi planlaşdırır.
Bəyyanəmədə İsrail və Somalilend arasında diplomatik münasibətlərin qurulması da öz əksini tapıb.
Qeyd edək ki, Qırmızı dəniz sahilində, Somalinin şimal-qərbində yerləşən Somalilend 1991-ci ildə birtərəfli şəkildə müstəqillik elan etsə də, beynəlxalq səviyyədə tanınmayıb.

DİGƏR XƏBƏRLƏR

Top