
ABŞ Prezidenti Donald Tramp tezliklə Rusiya Prezidenti Vladimir Putinlə danışmağı planlaşdırdığını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Politico” qəzetinə verdiyi müsahibədə məlumat verib.
ABŞ Prezidenti qeyd edib ki, o, yaxşı bir söhbəti səbirsizliklə gözləyir.
"Düşünürəm ki, Vladimir Putinlə hər şey yaxşı olacaq”, - deyə o bildirib.
Tramp Rusiya dövlətinin başçısı ilə istədiyi qədər danışacağını əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz