
Azərbaycanda vəkillərin sayı 2 836-ya çatıb.
Yeniavaz.com “Report”a istinadla xəbər verir ki, bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov “Vəkil Günü” peşə bayramı münasibətilə keçirilən andiçmə və təltifolunma mərasimində deyib.
Onun sözlərinə görə, bu gün 60 yeni vəkilin and içməsi ilə Azərbaycan vəkillərinin ümumi sayı 2 836 nəfərə çatır:
“Onlardan qadın vəkillərin sayı 633, kişi vəkillərin sayı isə 2203 nəfərdir. Ümumilikdə 2025-ci il ərzində keçirilmiş test imtahanlarında 823 nəfər namizəd iştirak edib. Onlardan 420 nəfəri uğur qazanıb”.
Tətbiqimizi yükləyə bilərsiniz