
“Formula 1” tarixinin ən varlı beş pilotunun siyahısı açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, siyahını “GQ Sports” jurnalı dərc edib.
Siyahıda ilk yerdə 790 milyon dollar sərvəti ilə Mixael Şumaxer qərarlaşıb. Luis Hamilton (304 milyon dollar) ikinci, Fernando Alonso isə (264 milyon dollar) üçüncü olub.
Siyahını təqdim edirik:
1. Mixael Şumaxer - 790 milyon dollar;
2. Luis Hamilton (“Ferrari”) - 304 milyon dollar;
3. Fernando Alonso (“Aston Martin”) - 264 milyon dollar;
4. Kimi Raykkonen - 254 milyon dollar;
5. Niki Lauda - 203 milyon dollar.
Qeyd edək ki, Mixael Şumaxer yeddiqat “Formula 1” çempionudur. “Formula 1” tarixində bu göstəriciyə malik olan ikinci pilot Luis Hamiltondur.
Tətbiqimizi yükləyə bilərsiniz