
Tailand və Kamboca sərhəd münaqişə zonasında atəşkəs elan edən sənəd imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Tailandın “Channel 3” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, müqavilə iki ölkənin Baş Sərhəd Komitəsinin iclasından sonra imzalanb.
Görüş Tailandın Çantxaburi və Kambocanın Pailin əyalətləri arasındakı sərhəd-keçid məntəqəsində baş tutüb. Görüşdə iştirak edən nümayəndə heyətlərinə Tailand və Kambocanın müdafiə nazirləri Nattxapxon Nakpxanit və Tea Seyxa rəhbərlik edib.
Görüş ASEAN müşahidə qrupunun iştirakı ilə baş tutub.
“Channel 3”ün məlumatına görə, ikitərəfli mexanizmin növbəti görüşü 72 saat ərzində keçiriləcək.
Qeyd edək ki, Tailand-Kamboca sərhədində kiçik silahlı toqquşmalar 7 dekabrda başlayıb. 8 dekabrda Tailand quru qoşunları Kamboca qoşunlarının sərhəd bölgəsindəki Tailand mövqelərini atəşə tutmağa başladığını bildirib. Buna cavab olaraq, Tailand Hərbi Hava Qüvvələri Kambocanın hərbi infrastrukturuna hücum edib.
Tətbiqimizi yükləyə bilərsiniz