
“ABŞ Ukraynaya 15 il müddətinə təhlükəsizlik zəmanəti verməyə hazırdır”.
Yeniavaz.com xəbər verir ki, bunu “Axios”a müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Düşünürəm ki, bizə 15 ildən çox vaxt lazımdır. Ümid edirəm ki, ABŞ Prezidenti Donald Tramp dekabrın 28-də keçirilən görüşdə buna razılıq verəcək. Bu, böyük uğur olardı”, - Zelenski bildirib.
O qeyd edib ki, təhlükəsizlik təminatları ABŞ və Ukraynanın qanunverici orqanları tərəfindən ratifikasiya edilməlidir.
Zelenski əlavə edib ki, Trampla görüşündə ərazi məsələsini müzakirə etməyə ümid edir. ABŞ-nin sülh planı Ukraynanın ərazi güzəştlərinə getməsini tələb edir. Zelenski bu məsələdə Ukrayna üçün daha əlverişli mövqe barədə danışıqlar aparmaq istəyir.
Lakin əgər sülh planı bu məsələnin çox çətin həllini tələb edirsə, Zelenskinin fikrincə, ən yaxşı variant 20 bəndlik planın bütünlüklə Ukraynada referenduma çıxarılması olar.
Zelenski əlavə edib ki, referendumun keçirilməsi üçün ən azı 60 günlük atəşkəs lazımdır:
“İnsanların gəlib səs verə bilməyəcəyi referendum keçirməkdənsə, referendum keçirməmək daha yaxşıdır”.
Tətbiqimizi yükləyə bilərsiniz