“Kristal Pelas”ın baş məşqçisi klubu tərk etmək istəyir


“Kristal Pelas”ın baş məşqçisi Oliver Qlasner mövsümün sonunda klubu tərk etmək qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Bildirilib ki, müqaviləsi 2026-cı ilin yayında başa çatacaq 51 yaşlı avstriyalı müqaviləni yeniləmək istəmir.
Daha əvvəl onun “Liverpul”u idarə edə biləcəyi barədə məlumat paylaşılıb.
Qeyd edək ki, Oliver Qlasner 2024-cü ilin fevral ayından “Kristal Pelas”ı çalışdırır. Onun rəhbərliyi altında komanda İngiltərə Kubokunu və Superkubokunun qalibi olub.
Hazırkı Premyer Liqada “Kristal Pelas” 26 xalla 8-ci yerdədir.

DİGƏR XƏBƏRLƏR

Top