
Naməlum şəxs Suriyanın Homs şəhərindəki şiə İmam Əli məscidində cümə namazı zamanı partlayış törədib.
Yeniavaz.com xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Agentliyin bildirdiyinə görə, Vadi Zəhab məhəlləsindəki məsciddə partlayış nəticəsində beş nəfər ölüb, 21 nəfər yaralanıb.
İlkin məlumatlara görə, partlayış məscidə daxil olan intiharçı tərəfindən törədilib. Deyilənə görə, o, ibadət edənlər arasında olub və üzərindəki partlayıcı kəməri partladıb.
Təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb.
Cinayətin motivləri və partlayışı törədən şəxslərin adları hələlik müəyyən edilməyib.
Hələlik Suriya hakimiyyətindən rəsmi açıqlama verilməyib.
Hakimiyyət orqanları hadisə ilə bağlı araşdırma aparır.
Tətbiqimizi yükləyə bilərsiniz