
Nüfuzlu “L'Équipe” nəşri 2025-ci il üçün ən yaxşı Fransa idmançılarının reytinqini tərtib edib.
Yeniavaz.com xəbər verir ki, birinci yeri 803 xalla “Pari Sen-Jermen”in futbolçusu Usman Dembele tutub.
2025-ci ilin ən yaxşı Fransa idmançılarının reytinqi:
1. Usman Dembele (futbol), 803 xal
2. Leon Marşan (üzgüçülük), 661 xal
3. Çarli Dalin (yelkənli qayıq), 380 xal
4. Cimmi Qressye (atletika), 369 xal
5. Maksim Qrussye (üzgüçülük), 232 xal
6. Lui Byel-Biarri (reqbi), 215 xal
7. Tomas Ramos (reqbi), 83 xal
8. Sebastyen Ojye (ralli), 82 xal
9. Desire Due (futbol), 71 xal
10. Joan-Benjamen Qaba (cüdo), 68 xal
Qeyd edək ki, Dembele FIFA-nın 2025-ci il üçün “Dünyanın Ən Yaxşı Oyunçusu” seçilib. Digər tərəfdən, Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) da onu 2025-ci ilin ən yaxşı futbolçusu seçib. Dembele həmçinin, 2024-cü il “Qızıl top” mükafatının da sahibidir.
Tətbiqimizi yükləyə bilərsiniz