Depozitlər Gürcüstanda 6,6, Ermənistanda 6, Azərbaycanda isə 2,1 min dollar olub


Xəbər verdiyimiz kimi, Azərbaycanda banklarda depozitlərin ümumi həcmi 37 milyard 202 milyon manat (21 milyard 884 min dollar) təşkil edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda isə göstərilir ki, bu ilin noyabr ayının əvvəlində Azərbaycan əhalisinin sayı 10 milyon 257 min nəfər olub.
Banklarda yerləşdirilən depozitlərin ümumi məbləğini (21 milyard 884 min dollar) əhalinin sayına (10 milyon 257 min nəfər) böldüyümüz zaman məlum olur ki, Azərbaycanda adambaşına düşən depozit məbləği 2 min 133 dollar olub.
Müqayisə üçün bildirək ki, qonşu Gürcüstanın Milli Bankı ölkədə fəaliyyət göstərən banklardakı depozitlərin ümumi məbləğinin 67,7 milyon lari (24,4 milyard dollar) olduğunu açıqlayıb.
Gürcüstan əhalisinin 3 milyon 704,5 min nəfər olduğunu nəzərə alsaq, bu ölkədə adambaşına düşən depozit məbləği 6 min 586 dollar olub.
Rəqəmlərdən də göründüyü kimi, Gürcüstanla müqayisədə Azərbaycanda adambaşına düşən depozit məbləği 3,1 dəfə az olub.
Ermənistan Statistika Komitəsinin məlumatına görə, bu ölkədə 2 milyon 991 min nəfər yaşayır.
Bu ölkədə fəaliyyət göstərən banklardakı depozitlərin ümumi məbləği isə 6 trilyon 842,4 milyard dram (17 milyard 912 min dollar) olub.
Nəticədə adambaşına düşən depozit məbləği 5 min 987 dollar təşkil edib. Azərbaycanla müqayisədə Ermənistanda adambaşına düşən depozit məbləği 2,8 dəfə çox olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top