
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla yaxın günlərdə görüşmək barədə razılıq əldə olunduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında məlumat verib.
O, Ukrayna Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerovun Amerika tərəfi ilə son təmasları barədə məlumat verdiyini bildirib.
“Biz bir günü belə boşa sərf etmirik. Biz yaxın gələcəkdə ən yüksək səviyyədə - Prezident Trampla - görüş barədə razılığa gəldik. Yeni ilə qədər bir çox məsələlər həll oluna bilər”, - Zelenski qeyd edib.
Digər tərəfdən, “Kyiv Post” qəzeti diplomatik mənbələrə istinadla Zelenskinin dekabrın 28-də danışıqlar üçün ABŞ-yə səfər edəcəyini bildirib.
Görüş Trampın Floridadakı Mar-a-Laqo iqamətgahında baş tuta bilər.
Tətbiqimizi yükləyə bilərsiniz